P.Fittipaldi Haas-ın ehtiyat sürücüsü olub

İkiqat dünya çempionu Emerson Fittipaldinin nəvəsi 2020-ci idlə iki yarışda Roman Qrojanı əvəzlədiyi Haas komandasının ehtiyat sürücüsü kimi müqaviləsini uzadıb.

F-1.az xatırladır ki, Pyetro keçən il komanda ilə Bəhreyn, Əbu Dabidə testlərdə, Mexiko və Yas Marinada məşqlərdə iştirak edib.

Günter Ştayner: “Mən dəfələrlə demişəm ki, davamlılıq və sabitliyi Formula 1-də əsas uğur faktoru hesab edirəm. Pietro ilə müqavilənin uzadılması isə mənə əminlik yaradır ki, bizim yaxşı bazamız var. Formula1-də istənilən vəziyyətə minimal itkilərlə cavab vermək vacibdir və Pietro 2020-ci ildə iki dəfə etdiyi kimi, hər an sükan arxasına keçməyə və Qran Pridə iştirak etməyə hazır olan, özünü sübut edən sürücüdür. O, mövsümöncəsi testlərdə və keçən mövsüm iki məşqdə iştirak edib, maşının onun aqressiv üslubuna uyğun olduğunu bildirib. Pyetro komandamızın şübhəsiz ən aktivlərindəndir. İşləri davam etdirməyimizi səbirsizliklə gözləyirəm”.

Pyetro Fittipaldi: “Haas F1-də işləməyə davam etdiyim üçün xoşbəxtəm – bu komandanı ailəm hesab edirəm. Haas üçün rəsmi ehtiyat və testpilotu kimi Formula1-də beşinci mövsümümü keçirəcəm. Keçən il komanda ilə iki məşq sessiyasında iştirak etdim, mövsüm başlamazdan əvvəl və bitəndən sonra testlərdə işlədim. Yeni mövsüm üçün bəzi həll yollarını sınaya bildik. 2023-cü il maşınının sükanı arxasına keçməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, VF-23 ilə növbəti addımı atacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*