P.Ferrari: Şirkət istənilən sürücüdən böyükdür

Ferrari şirkətinin səhmdarı Pyero Ferrari bildirib ki, Mattia Binotto bu il Fettellə bağlı olan anormal vəziyyətə diqqətlə nəzarət etməlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq və bu qərar mövsüm başlamamışdan əvvəl alınıb. Onsuz da Leklerlə Fettelin arasında gərginlik var idi. Buna görə də əksəriyyət bu il Ferrari-də xaos yaşanacağını düşünür.

Pyero Ferrari: “Hər şeydən əvvəl ümid edirəm ki, mövsüm iyulda Avstriyada başlasın. Mercedes-i məğlub etmək asan olmayacaq. Amma biz yenə də bəxtimizi sınayacağıq və fanatlarımız da bunu bilir. Komandanın seçimlərinə inanıram. Lekler bizim gələcəyimizdir. Sebastyan məsələsi isə bir anormaldır və Binotto buna nəzarət etməlidir. Atam belə halda necə davranardı bilmirəm, ancaq o həmişə deyirdi ki, şirkət istənilən işçidən böyükdür, sürücülərdən belə”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*