F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu 2013-cü ildə xizək tətilində qəza keçirmiş və komaya düşmüşdü. Əfsanəvi Şumaxer daha sonra komadan ayılsa da, uzun illərdir ki, bərpa prosesi keçir. Almaniyalı əfsanə barədə hələ də dəqiq məlumat yoxdur.
Pyero Ferrari: “Mixaeli evdə qonaq edib onunla bir şüşə qırmızı şərab içmişdik. Gözəl anlar idi. O da bu səmimiyyəti və sakitliyi sevirdi. Çox dəqiq, qəti və rasional insan idi. Bu gün onun haqqında ölmüş kimi danışdığımız üçün məyusam. O, ölməyib. Yaşayır, amma söhbət edə bilmir”.