F-1.az xatırladır ki, Ferrari mövsümə çempionluq hədəfi ilə başlasa da, aerodinamik problemlərə görə geridə qalıb.
Pyero Ferrari: “Gələn il üçün əsas hədəfimiz rəqiblərimizi qabaqlamaqdır. Qalib gəlmək üçün səhv etməyən və bolidin potensialından artıqlaması ilə istifadə edən sürücülərə ehtiyacımız var. Bundan başqa strategiya yarışlarda vacibdir və o cəhətdən də güclənməliyik. Avtoidmanda rəqabət o qədər güclüdür ki, hər cəhətdən maksimum səviyyədə olmasanız, uğur qazana bilməzsiniz. Çempion olmaq üçün hər il əlimizdən gələni etməliyik. Ümid edirəm ki, atamın yaratdığı ruh dəyişməz olaraq qalar və Formula1-də yenidən çempionluqlar qazanarıq”.