P.Esparqaro qəzadan sonra ilk dəfə danışıb

Tech3 GasGas komandasının sürücüsü Pol Esparqaro ilk dəfə zədəsi barədə danışıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Portuqaliya Qran Prisinin birinci sərbəst yürüşlərində ağır qəza keçirmiş və bariyerlərə çırpılmışdı. Xəstəxanaya aparılan Polun çənəsində və belində qırıqlar aşkarlanmışdı. Bu qırıqlara görə əməliyyat olan ispaniyalının çənəsini dörd həftə ərzində tellə bağlayıblar.

Artıq danışa bilən Esparqaro sosial şəbəkələrdə vəziyyəti barədə video yayıb: “Axır ki, sosial şəbəkələrə geri döndüm. Qəzanın üzərindən 5 həftə keçdi. Bir az danışa bilirəm, çünki artıq çənəmi iki yerə ayırdım.

Yemək yeyə bilmirdim və çox çəki itirdim. Amma nəhayət ki, gülə bilirəm və çox yaxşı danışıram. Bundan başqa qulağım da yaralanmışdı və buradan da əməliyyat olundum. Əksər yerlərimdə yaralar meydana gəldi.

Bədənimdə 8 qırıq var idi və iki qabırğalarımda, biri boynumda, üçü belimdədir. Həkimlər dərindən nəzarət etdikləri üçün sağalmağım gecikir. Onurğamda da ciddi zədə var. Belə zədələrdə diqqətli olmaq lazımdır.

Buna görə də tezliklə qayıtmaq üçün həkimlərlə əl-ələ verib işləyirik. Yaxşı formada qayıtmalıyam, amma Xeresdəki nəticələrdən sonra motosikletə qayıtmağı çox istəyirəm. Bazadakılar yaxşı işləyir və motosiklet roket kimidir. Buna görə qayıtmağı səbirsizliklə gözləyirəm. Bu müddət ərzində göndərdiyiniz mesajlara görə təşəkkür edirəm. Mənə motivasiya verməyiniz çox vacib idi. Bundan başqa komanda da təşəkkür edirəm. Tezliklə qayıtmağı ümid edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*