F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı olan Portuqaliyada ağır qəza keçirmiş və ciddi xəsarətlər almışdı. Onun qəzası o qədər ağır idi ki, hətta çənəsi də qırılmışdı. Buna görə də o yemək yeməyib və arıqlayıb.
Ancaq Polun vəziyyəti indi yaxşıdır və o geri qayıtmağı hədəfləyir.
Pol Esparqaro: “Gələn həftə tibbi müayinədən keçəcəm və həkimlər icazə versələr, Mucelloya gedəcəm. Mucelloda yarışmağı sınayacam, alınmasa, növbəti həftə Almaniyada, o da alınmasa, Assendə yenə trasda olacağam.
Motosikletə qayıtmaq üçün səbirsizlənirəm. Məni hər gün yataqdan qaldıran səbəb budur. Mənə motivasiya verir.
Mucelloda qayıtmağı çox istəyərdim. KTM-in yaxşı performansı motivasiyamı artırır”.