P.Esparqaro: Özümü tanıya bilmədim

Tech3 GasGas komandasının sürücüsü Pol Esparqaro bildirib ki, özünü güzgüdə tanıya bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün birinci yarışı Portuqaliyada qəza etmiş və belində, çənəsində qırılmalar olmuşdu. Polu dərhal əməliyyat etsələr də, o, 4 aydır ki, yarışlara qayıda bilmir.

Çənəsindəki qırıqlara görə onun ağzı qapalı qalmışdı və ancaq maye qəbul edə bilirdi. O, Niderland Qran Prisində yenidən padoka qayıtmışdı.

Pol Esparqaro bildirib ki, bu həyatının ən pis dövrü alıb və bu müddətdə iki kilo əzələ kütləsi itirib: “Dördhəftəlik bu müddətdə ən pis hal ağzımın tamamilə qapadılması idi. Dörd həftə ərzində heç nə yeyə bilmədim. Sadəcə şorba içirdim və buna görə də iki kilo yarım əzələ itirdim, çünki mövsüm başlamamışdan bütün yağlarımı əritmişdim.

Çox ağrıyırdım, ancaq güzgüyə baxıb, “təslim olmamalıyam” deyirdim. Qışda üç kilo kökəlmək üçün çox əziyyət çəkmişdim. Bəs 8-9 kilo kökəlmək üçün nə qədər işləməliyəm?

Çox pis vəziyyətdə idim. Güzgüyə baxanda öz sürətimi görmürdüm. Öz bədənim deyildi. Özümü tanımaqda çətinlik çəkirdim.

Bəzən idmandan getməyi düşündüm. Keçən ay ərzində isə velosiped sürməyi səbirsizliklə gözləyirdim. Ancaq xəstəxanada vəziyyətiniz pis olanda və sizin gözləyən ailəniz varsa, nə edəcəyinizi bilmək asan deyil.

Yenə də bu mənim işimdir. Karyeram ərzində yarışdım, yaralandım və yenidən davam etdim. Bu da bu işin bir hissəsidir. Bunu işin pis tərəfi kimi görürəm. Hazırda təslim olmaq fikrində deyiləm. Qayıtmağı səbirsizliklə gözləyirəm.

Belə qəzalar sizi yenidən reallığa qaytarır. Olmayanda bunu düşünmürsünüz, amma olanda bunun baş verə biləcəyini görürsünüz.

Əlbəttə, bu daha ciddidir. Buna görə də motosikletdə daha diqqətli olacağam”.

Qeyd edək ki, Pol Esparqaro üç yarışdır ki, qayıtmaq istəyir, amma onun bu istəkləri rədd olunur. Lakin 31 yaşlı sürücünün Britaniyada yenidən sükan arxasına qayıtması gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*