F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Portuqaliyada böyük bir qəza keçirmiş və çox ciddi zədələr almışdı. O mayın sonunda sağalmışdı və iyun ayında yenidən yarışlara qayıtmağı hədəfləyirdi. Lakin onun əvvəlcə Mucelloda, sonra isə Almaniyada yarışması rədd edildi. Lakin komandası onun Assendə də yarışmasına icazə verməyib.
Beləliklə 3 aydır ki, yarışmayan Esparqaro mövsümün ilk dövrəsini rəsmən bağlayıb. Onu Assendəki yarışda Yona sfolqer əvəz edəcək.
Tech3 komandasının rəhbəri Nikolas Qoyon: “Pol Esparqaronun sağalmaq üçün vaxta ehtiyacı var. Yay tətilindən sonra qayıtması üçün əlimizdən gələni edəcəyik. Bütün Tech3 GasGas komandası onun arxasındadır. Yenidən yarışa bilməsi üçün əlimizdən gələni edəcəyik.
Onsuz da uzun müddətdir ki, gözləyirik. Bu qədər gözlədikdən sonra potensialının 95 faizində qayıtmasın istəmirik. Hər şey normasına qayıtdıqdan sonra tam sağalıb qayıtmasını istəyirik. O, böyük ehtimalla Assendə olmayacaq.
Biz istəyirik ki, Pol qəzadan əvvəlki səviyyəsinə qayıtsın. Əgər Silverstounda qayıtması lazımdırsa, orada qayıdacaq. Həkimə icazə verən kimi bizimlə olacaq”.