P.di Restanı qorxudan nə olub?

Macarıstan Qran Prisinin sıralanma turunda Williams komandasında Massanı əvəzləyən Pol di Resta bildirib ki, özünü qəribə hiss edib.

F-1.az xatırladır ki, şotlandiyalı sürücü sonuncu dəfə Formula1-də 2013-cü ildə mübarizə aparmışdı. Lakin bu gün Felipe Massanın gözlənilmədən xəstələnməsi di Restaya yarışmaq fürsəti yaradıb.

31 yaşlı sürücü ilk dəfə oturduğu boliddə normal zaman nəticələri göstərərək, 19-cu yeri tutub.

Pol di Resta: “Səhər 11-də paltar ütüləyərkən, Sky Sports-da nədən danışacağımızı müzakirə edirdik. Yalan deməyəcəm – qorxdum, həyəcanlandım və narahat oldum. 2014-cü ildə 10 dövrəlik testi saymasaq, F1 bolidini 3 ildən çoxdur ki, sürməmişəm. Gözlənilmədən sıralanma turuna çıxırsınız və elə bil ki, bir uçurumdan yerə atılırsınız.

Sözün açığı, özümü yaxşı hiss etdim və pitdən çıxan kimi yaxşı dövrələr atmağa başladım. İkinci dövrəmdə yarım saniyə sürətləndim və daha güclü ola bilərdim. Bu bolidlər yüksək səviyyəlidir və indiyə qədər sürdüyüm ən balanslı bolidlərdir. Özünüzü evinizdə hiss edirsiniz. Komanda da məni əllərindən gəldiyi qədər yaxşı hazırladı. Bu qeyri-adi idi. Bu bolidlər məni təəccübləndirmədi. Bir az da sürətli olmağı gözləyirdim. Amma sabah bizi fərqli bir nağıl gözləyir. Təkərlərin necə olacağını bilmirəm. Bu bolidi dolu çənlə sürməmişəm. İlk döngənin necə olacağını bilmirəm. Bunları sabah görəcəyik. Performansım yaxşı idi, lakin əyləclərə öyrəşməliyəm. Bir az tez əylənməli idim. Bütün bunlara baxacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*