P.di Resta Williams-ın test sürücüsü qalacaq

Pol di Resta 2017-ci ildə də Williams komandasının ehtiyat sürücüsü qalacaq.

F-1.az xatırladır ki, di Resta 2011-2013-cü illərdə Force İndia komandasının şərəfini qorumuşdu. Amma britaniyalı sürücü keçən mövsüm test sürücüsü kimi Williams komandasına qatılmışdı. Di Restanın xidmətindən razı qalan Britaniya təmsilçisi 30 yaşlı sürücünü daha 1 il komandada saxlamağa qərar verib.

Pol di Resta: “Williams-da ehtiyat sürücü kimi qaldığım üçün sevincliyəm. Yeni reqlamenti anlamaq üçün və FW40-ın davranışına baxmaq üçün peletonda olacam. Mənə bu fürsəti verdiyi üçün Klerə və bütün komandaya təşəkkür edirəm”.

Xatırladaq ki, di Resta 2013-cü ildən sonra Formula1 bolidi sürməyib. Amma komandadakı sürücülərdən birində problem olsa, britaniyalı 2017-ci ildə yarışa bilər.

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams da test sürücüləri di Resta barədə fikirlərini bildirib: “Pol kimi təcrübəli sürücünü komandada görmək bizi sevindirir. Reqlamentin dəyişdiyi dövrdə onun təcrübəsi bizə kömək edəcək. Pol əvvəlki mövsümdə komanda üçün çox vacib idi. Bu il də onunla işləyəcəyimiz üçün sevincliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*