F-1.az xatırladır ki, Willilams komandası bu ildən etibarən Ləns Stroll və Sergey Sirotkinlə yarışacaq. İki sürücünün yaşının cəmi 41-dir və Britaniya təmsilçisi peletonun ən gənc komandasıdır.
Pol di Resta: “Bu riskli qərardır. Sürücülərin təcrübəsi çox azdır. Əlbəttə, Ləns bir mövsüm keçirib. Sirotkin isə debüt edəcək. Buna görə də Williams-ın işi Renault və McLaren-dən çətin olacaq. Niyə belə etdilər? İllər keçdikcə Mercedes mühərriyini istifadə etmək üçün təcrübə azalır və bu, böyük riskdir. Amma onlar da ən yaxşı qərarı verməyə çalışdılar”.