P.di Resta Mercedes-ə keçir?

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Pol di Resta hələ də çox sürətlidir.

F-1.az xatırladır ki, şotlandiyalı sürücü Macarıstan Qran Prisinin sıralanma turundan etibarən Felipe Massanı əvəz etmiş və hazırlıqsız olmasına baxmayaraq, komanda yoldaşı Ləns Strolldan cəmi 0.7 saniyə geri qalmışdı.

Pəddi Lou: “Di Resta Macarıstanda hazır olmasa da, əla nəticə göstərdi və sübut etdi ki, hələ də burada almağa layiqdir. Yarışdan sonra Mercedes komandası da bildirdi ki, onu alternativlər arasına ala bilərlər. Bu da onun sürətli olmasının isbatıdır.

Gələn mövsümlə bağlı hələ də qərar verməmişik. Təsiredici performans göstərən di Resta da alternativlərimiz arasındadır. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*