F-1.az xatırladır ki, ispaniyalı sürücünün karyerası elə də parlaq olmasa da, Ferrari və McLaren komandalarında test pilotu olub. O, hazırda Aston Martin komandasının elçisidir.
Pedro de la Rosa: “Sürücülər arasındakı əsas fərq tras şəraitinə uyğunlaşma prosesidir. Reallıq budur ki, yeni və ya işlənmiş təkər taxanda yaxşı sürücünün bir dövrəyə ehtiyacı olur, çünki sonradan harada əylənməli və ya sürətlənməli olduğunu düşünəndə gec olur. Trasdakı şərait dəyişir, təkərlər yeyilir və yanacaq azalır.
Yaxşı sürücü bilir ki, harada ilişmə daha yaxşıdır. Limitləri yaxşı bilirlər.
Yağış yağanda, ön təkərlər yeyiləndə ya da tras quruyanda bu sürücülər ilişmənin harada olduğunu bilirlər”.