P.de la Rosa: Sürücüləri yaşla qiymətləndirmək düz deyil

Sabiq Formula1 sürücüsü Pedro de la Rosa düşünür ki, sürücü üçün əsas faktor yaş deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasının ilk yarışına 1999-cu ildə 28 yaşında çıxıb və 13 illik Formula1 karyerası olub.

Pedro de la Rosa: “Daha gənc olmaq yaxşıdır, amma bu o demək deyil ki, gənc sürücü daha sürətlidir. Yaş etiketinə həmişə qarşı olmuşam, çünki bunun problemlərini yaşamışam. Bəzən elə oldu ki, mənim əvəzimə sürətli olmasa da, gənc sürücü seçdilər. Bu karyeranı məhv edir. Sizə bir sürücünün digərindən sürətli olduğunu deyə bilərlər, amma yaşa görə qiymətləndirmək pis haldır. Buna görə də gənc sürücünün sürətli olduğunu düşünmək doğru deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*