P.de la Rosa: Start intuisiyadan asılıdır

Keçmiş ispan sürücü Aston Martin-in yarışlarda uğurlu start alması məsələsinə toxunub

F-1.az bildirir ki, Pedro hazırda komandanın səfiri rolunu icra edir.

Pedro de la Rosa: “Komandamız startlarda yaxşıdır. Yarışın başlanğıcında əsas şey intuisiyaya güvənməkdir. İşarə veriləndən sonrakı ilk anda növbəti addım olaraq nə edəcəyinizi düşünə bilməzsiniz. Ancaq intuisiya yalnız start prosedurunu daim işlədiyiniz, yüzlərlə, minlərlə dəfə olmasa da, xeyli məşq etdiyiniz təqdirdə sizə kömək edə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*