F-1.az xatırladır ki, Alonso mövsüm bitdikdən sonra yeni komandası Aston Martin-lə təkər testlərinə qatılıb. Lakin ikiqat Dünya Çempionunun Alpine-lə müqaviləsi bitmədiyi üçün o sponsorsuz kambinezon və bolidlə çıxış etməli olub. Bu da 2002-ci ildəki Jaguar komandasını xatırladıb. Hətta, Alonso AMR22-ni görəndə Pedroya “Bu Jaguar-dır” deyib.
Qeyd edək ki, 2002-ci ildə Jaguar komandasının sürücüləri Pedro de la Rosa və Eddi İrvayn idi. Alonso həmin il “yaşıllar”la testə çıxmışdı.
Pedro de la Rosa: “Mövsüm bitdikdən iki gün sonra trasa gələndə bolidə baxa-baxa qalmışdıq, çünki bizə 2002-ci ildəki Jaguar-ı xatırlatdı.
O vaxt Jaguar-da yarışırdım. Bolidin potensialını öyrənmək üçün Fernandonu gətirdilər, çünki kimandanln rəhbəri Niki Lauda düşünürdü ki, mən və İrvayn məzələnirik. O vaxt Jaguar da sponsorsuz idi. Fernando ağ kambinezon geyinmişdi. Bu dəfə qara geyindi. Düz 20 ildən sonra eyni ssenari. Sponsorsuz və yaşıl maşın”.