P.de la Rosa: Alonso 2001-ci ildə də güclü idi

Sabiq Formula1 sürücüsü Pedro de la Rosa bildirib ki, Alonso hələ debüt ilindən güclü olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddədə karyerasının 100-cü podiumunu bayram edib.

Pedro de la Rosa: “2001-ci ildə Jaguar-da yarışırdım və bir dəfə sıralanma turundakı problemə görə yarışa geridən başlamalı oldum. Önümdə Minardi sürücülərindən biri var idi. Arxasında gedəndə gördüm ki, bu sürücü döngələrdə çox yaxşıdır. Çox yaxşı və aqressiv sürürdü. Öz-özümə dedim ki, bu nə gözəl sürür…

Yavaş maşında yarışsa da, istedadı ilə onu sürətləndirirdi. Onu keçdim və başımı çevirib gördüm ki, Alonsodur. Fernando əsl döyüşçüdür. Təzyiqi və yarışmağı sevir. Harada və necə maşınla yarışmasına baxmayaraq, əlindən gələnin yaxşısını edir. Hər yarışa çox motivasiyalı formada çıxır.

O, 2012-ci ildə Valensiyada 11-ci yerdən başlasa da, hamını keçib, yarışı qazanmışdı. Tipik Alonso idi. Belə yerdən başlayan istənilən sürücünün maksimum hədədi podium ola bilərdi. Alonsonun tək hədədi isə qalib gəlmək idi. Son 10 ildə güclü maşınlarda yarışmasa da, ən yaxşı nəticə üçün əlindən gələni etdi. Bu da onu başqa sürücülərdən fərqləndirir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*