F-1.az xatırladır ki, 2007-ci ilin sonunda McLaren Alonso ilə ayırmış və sürücü axtarışına çıxmışdı. Birinci seçim komandanın test sürücüsü Pedro de la Rosa olsa da, Britaniya komandası sonda Heykki Kovalayneni seçmişdi.
Pedro de la Rosa: “O vaxt az da olsa, bir şansım var idi. Bəzi şəkillərə baxsanız, görərsiniz ki, saçlarımı çox qısa kəsdirmişdim. Heyif ki, işə yaramadı. Lakin komandanın qərarına hörmətlə yanaşdım, çünki Heykki məndən 10 yaş kiçik idi. Buna görə də haqlı idilər. İllər ərzində gənc sürücünün inkişaf edəcəyini, güclənəcəyinidi düşünürdülər.
Bəzi sürücülər onsuz da çox güclü və stabildirlər. Bəziləri inkişaf edirlər. Bəziləri də tez geriləyirlər. Hər idmançı fərqlidir”.