F-1.az xarırladır ki, ispaniyalı sürücününü komandası Honda ilə 2024-cü ilin sonuna qədər müqaviləsi olsa da, o, başqa alternativləri dətərləndirir.
Red Bull-a görə altıqat Dünya Çempionunun adı davamlı KTM ilə hallanır.
Mark Markeslə Pit Breyer bir verilişdə qonaq olublar.
Markes bu barədə belə danışıb: “Növbəti mövsüm üçün müqaviləm var. Ancaq KTM-in inkişafı göz qabağındadır. Sonuncu yerdə olsalar da, addım-addım zirvəyə yaxınlaşırlar. İndi ən sürətli ikinci komandadırlar. Tezliklə ən sürətli komanda olacaqlar. Əsas odur ki, məqsədləri və istəkləri olsun.
Mühəndislər və sürücülər komanda olaraq doğru qərarlar aldılar. Uğurlarına görə sevinirəm”.
Lakin KTM komandasının rəhbəri bu iddiaları təkzib edib: “Hazırda müqaviləsi olan 5 sürücüm var. Yarışmaq üçün isə 4 motosiklet mövcuddur. Hər şey bir-birinə qarışır.
Adımızın Markla hallanması və bunu ondan eşitmək gözəl hissdir. Çox təşəkkür edirəm! Ancaq hazırda proqramımıza və öz işlərimizə sadiq qalmalıyıq. Təkmilləşmək və Ducati ilə mübarizə aparmaq istəyirik.
Qorxuram ki, Markes gələn il bizimlə yarışmasın. Onun növbəti mövsüm üçün müqaviləsi var. Bu mövzu barədə danışdıq və cavabı çox qəti idi”.