P.Bayer: Artıq konsept dəyişməlidir

AlphaTauri komandası Daniel Rikkardonu komandaya gətirməklə gənc və təcrübəli sürücü duetinə sahib olmaq istəyib.

F-1.az xatırladır ki, Red Bull komandası bu həftə gözlənilməz qərar ilə Nik de Frizin AlphaTauri ilə olan müqaviləsini ləğv edib. Niderlandlı sürücünü daha əvvəl 8 yarış qazanmış Daniel Rikkardo əvəz edəcək.

Deyilənə görə Rikkardonun gətirilmə səbəbi AlphaTauri-nin tezliklə Red Bull ilə ayrılacağıdır, çünki komanda qısa müddət ərzində iş konseptini dəyişəcək.

Piter Bayer: “Ailə daxilində gənc sürücülərin inkişafı ilə maraqlanan kiçik qardaşın olması yaxşıdır. Bu hal davam edəcək. Gənc sürücüləri axtarmağa davam edəcəyik. Bunu bir az genişləndirə və bu sahədə daha da təkmilləşə bilərik.

Düzünü desəm, gənc sürücüləri öyrətmək gözəl olsa da, Formula2 ilə Formula1 arasındakı fərq böyükdür. Frants həmişə deyir ki, bir sürücünün yetişməsi üçün üç il lazımdır. Əgər iki sürücüyə birdən 3 il vaxt versəniz, komanda səbirsiz davranmağa başlayar və strategiyadan məhrum olarsınız. Bu sahədə təkmilləşməli və işləri düzgün görməliyik.

Fernando Alonso ilə Ləns Strolla baxın. Sizə həmişə kömək edən, komandaya yön verən yüksək səviyyəli sürücüləri var. Buna görə də bunu nəzərdən keçirməli və nəticələrinə baxmalıyıq.

Hazırda adımız Scuderia AlphaTauri-dir. Yəni bir sponsorun adıdır. Həm komandanın, həm də şirkətin adı Scuderia AlphaTauri-dir.

Uzun sözün qısası geyim firması olan AlphaTauri başqa şey etməyə qərar versə, biz də dəyişiklik edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*