Ott Tənak gecə hücumu ilə liderliyi ələ alıb

İsveçin qarlı meşə yollarında Dünya Ralli Çempionatının (WRC) mövsümdə ikinci mərhələsi davam edir. Şənbə günü 7 dopda sürücülər güclərini sınayıblar.

F-1.az xəbər verir ki, sürücülərin hamısı üçün soyuq havada təkərin üst qatının – protektorların rezindən ayrılması ciddi problem olub.

Hyundai-nin sürücüsü Kreyq Brin Ford-dan Ott Tənakın önündə cəmi 2.6 saniyəlik üstünlüyünü artırmağa çalışıb, hətta ilk dopda qələbə də qazanıb. Ott isə gün ərzində heç bir dopda birinci olmasa da, məhz estoniyalı sürücü stabilliyi sayəsində günün sonunda irəli çıxa bilib. Ottun bəxti gətirib ki, təkərin soyulması da döngədə, aşağı sürətlə baş verib və daha az vaxt itirib. Yekunda Ford-un sürücüsü şənbəni rəqibi üzərində 8.6 saniyəlik üstünlüklə bağlayıb.

Dünən 3-cü olan Esapekka Lappinin təkəri düzlükdə partladığı üçün sürücü böyük sürətlə trasdan çıxıb. Tamaşaçıların köməyi ilə trasa qayıdan finlandiyalı sürücü 7 dəqiqə vaxt itirib.

Bundan sonra 3-cü yer uğrunda gərin mübarizə başlayıb. Yerdə qalan 6 dopun ikisində Kalle Rovanpera (Toyota), dördündə isə Tyerri Növill (Hyundai) qalib gəlib. Ona görə də Tyerri günü liderdən 24 saniyə geridə, Kalledən isə 4 saniyə öndə bağlayıb.

Britaniyalı Elfin Evans (Toyota) artıq liderə bir dəqiqə uduzur, ilk altılığı isə Pyer Luis Lube (Ford) tamamlayır.

Bazar günü sürücülər 3 dopla mübarizəyə yekun vuracaqlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*