Cümənin lideri Hyundai-ın estoniyalı sürücüsü Ott Tənak cəmi 2 dopda birincilik əldə edib, amma bu iki qələbə sayəsində 2019-cu ilin dünya çempionu son günü lider qismində başlayacaq.
Liderə cümə günü 20 saniyədən çox uduzan Toyota-nın yerli sürücüsü Kalle Rovanpera 5 dopda fərqlənməklə, günü Ottun 8 saniyə arxasında 2-ci yerdə başa vurub. Mövsümün liderinin doğma vətənində qalib gəlmək üçün bazar günü hücum edəcəyi heç kimdə şübhə doğurmur.
Toyota-nın daha bir yerli sürücüsü Esapekka Lappi alın şüşəsini itirdiyi üçün öndəki cütlükdən geri qalmağa başlayıb. Şənbənin ilk dopunda fərqlənmiş Toyota-nın britaniyalı sürücüsü Elfin Evansın maşınında isə arxa asılqan sındığı üçün podium uğrunda mübaizənin yuxarıdakı 3 sürücü arasında gedəcəyi gözlənilir.
Bazar günü Finlandiya mərhələsi 4 dopla başa çatacaq…