F-1.az xatırladır ki, mövsümün ilk yarışı Avstraliyada cəmi 5 ötmə olub. Qeyd edək ki, F1 tarixində ilk dəfə Albert Parkda 3 DRS zonası var idi. Buna görə də hər kəs təkər-təkərə mübarizə gözləyirdi.
Ross Braun: “İlk yarışda çox az ötmə oldu. Bolidlərin bir-birilərini yaxından izləmələri və təkər-təkərə mübarizələr çox vacibdir. İki bolid arasında sürət fərqi az olanda ötmə etmək mümkünsüzdür. Bunu Fettel və Həmilton, Alonso və Ferstappen, Rəykkönen və Rikkardo arasında gördük. Üstəlik ötmələri artırmaq üçün ilk dəfə 3 DRS zonası tətbiq etmişdik.
Hədəfimiz 2021-ci il üçün bir-birilə mübarizə aparan bolidlər düzəltməkdir. FİA və komandalarla bunun üzərində işləyirik. FİA və Formula1 hazırda iki bolidlə aerodinamik borudan və CFD-dən istifadə edərk, yeni maşınların üzərində işləyirlər”.