Ötmələr niyə azalıb?

Formula1-in yarış direktoru Çarli Uaytinq bildirib ki, ötmələrin azalması yeni qaydaların yox, komandaların günahıdır.

F-1.az xatırladır ki, 2017-ci il mövsümündə ötmələr əvvəlki illərə nisbətən azalıb. Əksəriyyət isə bunu yeni texniki reqlamentlə əlaqələndirir.

Çarli Uaytinq: “Enli bolidlər daha gözəl görünürlər. Bolidlərdə asfaltayatma qüvvəsi daha çoxdur. Amma rəqibi izləyərkən öndən gələn çirkli havaya görə ötmə etmək çətinləşdi. Lakin problemin səbəbi bolidlər deyil. Əsl problem öndəki qrupla orta qrup arasındakı sürət fərqidir. Mercedes, Ferrari və Red Bull digər komandalar üçün əlçatmazdırlar. Bu problemin həllini qısa müddətdə tapmaq asan deyil. Amma digər komandaları mübarizəyə daxil etmək istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*