F-1.az xatırladır ki, Pyer Qasli karyerası ərzində Red Bull-un himayəsində olub. Lakin o, bu ildəm Alpine komandasına keçib. O, ikiqat Dünya Çempionu Fernando Alonsonu əvəz edib.
Fransalı sürücünün yeni komandasında 5 yarışdan sonra ən yaxşı nəticəsi Mayamidəki 8-cilikdir. Beləliklə, 26 yaşlı pilot Bakı və Avstraliyadakı pis nəticələri az da olsa, unutdurub.
Otmar Safnauer: “Artıq özünə gəlir. Bəs 100 faizlik performansını göstərir? Beş yarışdan sonra bunu demək çətindir, amma ona çox yaxındır. Yəni ki, sessiyalararası toplantılarda bolidi harada limitdə sürdüyünü, harada bolidə zərər verdiyini anlaya bilir. Maşını və mühəndisləri başa düşür və inkişaf edirik”.
Qeyd edək ki, Pyer Qasli 2020-ci ildə AlphaTauri-də çıxış edərkən İtaliya yarışında qalib gəlmişdi.