Otmar Safnauer Alpine-dən ayrılıb

Alpine komandası rəhbərləri Otmar Safnauer ilə yollarını ayırıb.

F-1.az xatırladır ki, fransız təmsilçisi bu il mövsümə yaxşı başlamayıb və hazırda 6-cə yerdə gedir. Bu geriləmə Renault-nun rəhbərliyini narahat edirdi. Komandaya yeni səhmdarlar gəldikdən sonra dəyişikliklər gözlənilirdi.

Rəhbərlik əvvəlcə Bruno Faminin vəzifəsini qaldırdı və Safnauerin komandadakı təsirini azaltdı. Daha sonra isə Loren Rossi vəzifəsindən uzaqlaşdırılaraq, xüsusi layihələr şöbəsinin rəhbəri oldu. Rossidən sonra Safnauerin gələcəyi müəmmalı idi.

Ümumilikdə komandanın adı Alpine olduqdan sonra Loren Rossi dəyişikliklər edərək, Alen Prostla MArçin Budkovskini göndərmişdi. Otmar Safnauer isə onun sağ əli olmuşdu.

Komanda Belçikada Otmar Safnauer ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Almaniyalı mütəxəssis Bleçika yarışından sonra vəzifəsindən gedib.

Qeyd edək ki, Rossi 2009-2021-ci illərdə Force İndia/Racing Point/Aston Martin-də işləmişdi. O, 2021-ci ilin sonunda Lourens Strolla yola gedə bilmədiyi üçün Aston Martin-dən ayrılmış və Alpine-ə keçmişdi.

Lakin o, keçən il Fernando Alonso və Oskar Piastrinin komandadan ayrılmasına görə çox tənqid olunmuşdu. Safnauerin vəzifələrini hələlik Bruno Famin icra edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*