Ötən illə müqayisədə komandaların inkişafı

Bəhreyndə şənbə günü baş tutan sıralanma turu komandaların mövsümlərarası fasilə zamanı inkişaf tempini müqayisə etməyə imkan verib.

F-1.az xəbər verir ki, keçən illə müqayisədə C3 təkər tərkibi yumşalmayıb və qaydalar havaya qarşı müqaviməti artırıb. Ona görə də keçən və bu ilin sıralanma turlarındakı nəticələr arasındakı fərq mühəndislərin işini nisbətən dəqiq qiymətləndirməyə imkan verib.

Dəqiq deyə bilərik ki, bütün komandalar irəliləyiş əldə ediblər və maşınalrın sürətləri artıb, lakin Formula1-də rəqabət həmişə nisbidir. Aston Martin və Williams-ın uğurları heyranedicidir, lakin McLaren və Ferrari ilk onluğun ikinci yarısındadır.

BƏHREYNDƏ SIRALANMA TURLARI ARASINDAKI FƏRQ

Komanda Fərq, saniyə
1. Aston Martin – 2.441
2. Williams – 1.203
3. Haas – 0.999
4. Red Bull – 0.973
5. Mercedes – 0.708
6. Alpine – 0.637
7. McLaren – 0.627
8. Ferrari – 0.558
9. AlphaTauri – 0.235
10. Alfa Romeo – 0.117
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*