F-1.az xəbər verir ki, Orlen şirkətinin loqotipi yeni avtomobilin bir neçə hissəsində, o cümlədən arxa qanadda və sürücülərin kombinezonunda əks olunacaq.
Frants Tost: “Mən şadam ki, 2023-cü il mövsümü Mərkəzi Avropanın aparıcı neft və qaz şirkətlərindən biri olan Orlen ilə müqavilənin imzalanması ilə bağlı müsbət xəbərlərlə başlayır. Nyu Yorkdakı təqdimat zamanı onların loqosunu yeni avtomobilimizdə görməyi və gələcək illərdə tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirəm”.