Olsen DTM-də ilk qələbəsini qazanıb

DTM çempionatının 6-cı mərhələsi Belçikanın əfsanəvi Spa avtodromunda başlayıb və bu gün sürücülər ilk yarışı keçiriblər.

F-1.az xəbər verir ki, səhər seriyada ilk poulunu qazanan Porsche sürücüsü Dennis Olsen nahardan sonra ilk qələbəsini bayram edib.

Startda Olsen liderliyini qoruyub, amma ilk pit stopa qədər Mercedes-dən Lukas Auerin sıx hücumlarına tab gətirməli olub.

Daha erkən pitə yollanan Auer boksda vaxt itirməli olub, ona görə də Olsen növbəti dövrədəki pitindən sonra Lukasın önündə trasa qayıdıb. Hələ bu azmış kimi, Auer komanda yoldaşı Maksimilian Götzün və Porsche-dən Tomas Prayninqi də irəli buraxıb.

Lukas bir neçə dövrədən sonra yenidən 2-ci yerə yüksəlsə də, yekunda təkəri deşilib və titul uğrunda mübarizədə vacib xallar itirib.

Bundan sonra başlayan yağış podiumu dəyişməyib – Porsche Olsenin qələbəsi və Prayninqin podiumuna sevinib. Keçənilki çempion Götz isə mövsümdə ilk podiumunu qazanıb.

Mövsümün lideri BMW-dən Şeldon van der Linde bu dəfə 12-ci olub və xal qazanmayıb. Audi-dən Rene Rast yarışı 4-cü yerdə başa vuraraq çempionatda 2-ci yerə yüksəlib və Şeldona 17 xal uduzur.

Sabah Spada 2-ci yarış baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*