F-1.az xəbər verir ki, gün ərzində britaniyalı sürücü 100-dən çox dövrə vurub ki, bu da 520 kilometr məsafəyə bərabər olub. Bununla da Oliver ikinci dəfə Formula1 bolidi ilə trasda çalışıb.
“Mən A521-i Bəhreyndə əla trasda sınaqdan keçirməklə heyrətamiz təcrübə yaşadım”, – deyə Kolduell testləri şərh edib. – Maşın inanılmaz dərəcədə sürətlidir. Gün ərzində 520 kilometrdən çox məsafə qət etdim, sıralanma turu və yarış simulyasiyaları keçirdim, start və restart prosedurları üzərində işlədim.
Bu dəfə sükan arxasına qayıdanda özümü daha hazırlıqlı hiss etdim, buna görə də hər şeyin mənim üçün yeni olduğu Silverstoundakı ilk təcrübəmlə müqayisədə sürəti daha tez yığdım, tempi daha rahat tutdum və maşını daha yaxşı hiss etdim.
Alpine komandasına və hər kəsə mənə dəstək olduqlarına və inandıqlarına görə çox minnətdaram. Çünki mənə maşın sürməyə icazə verildi və mən əla gün keçirdim”.