Quanyu Çjou 11 və 12-ci döngələr arasında Mik Şumaxerlə təmasa görə 5 saniyəlik cəza alıb. Çinli sürücü yarışın gedişində daha pit-stop etmədiyi üçün bu cəzanı ödəyə bilməyib, həm də hadisədən bir qədər sonra mübarizəni dayandırıb.
Esteban Okon isə 8-ci döngədə Yuki Tsunoda ilə toqquşmaya görə cəzalandırılıb. Ona da yarışın gedişində 5 saniyəlik cəza verilib və fransız sürücü bunu pit-stop zamanı ödəyib.
Stüardlar yarışdan sonra hər iki sürücüyə 2 cərimə balı yazıb. Beləliklə, hazırda Çjounun balansında 4, Okonun balansında isə 6 cərimə balı var. 12 ay ərzində 12 cərimə balı alan sürücü növbəti yarışı buraxmalı olur…