Okon Ferstappeni məğlub edə biləcəyinə inanır

2014-cü ildə Esteban Okon və Maks Ferstappen Avropa Formula 3 seriyasında mübarizə aparıblar.

F-1.az xatırladır ki, həmin mövsüm Maks daha çox qələbə qazansa da, titulun sahibi Esteban olub. Fransız sürücü hesab edir ki, Formula1-də tamamilə eyni maşının sükanı arxasında olarsa, Ferstappeni məğlub edə bilər.

Esteban Okon: “Təsəvvür edə bilərəm ki, Maksla eyni maşınları sürsək, onunla titul uğrunda necə bərabər mübarizə aparacağam. Maks inanılmaz iş görür, Red Bull ilə dominantlıq edir, amma mənim rəqibimin kim olması məni maraqlandırmır.

Mən titul uğrunda mübarizə aparmaq istəyirəm və həmişə özümə inanmışam. Hələ çox yolum var, amma məqsədim dünya çempionu olmaqdır”.

İkilinin münasibətinin çox da yaxşı olduğunu demək mümkün deyil. Esteban bir neçə dəfə aşağı seriyada çempionun özü olmasına rəğmən, F1-ə Maksın daha erkən gəlməsini qəbul edə bilmədiyini deyib. Tərəflər arasındakı gərginliyin pik həddi isə 2018-ci ildə San Pauluda yaşanıb – yarışdan sonra mübahisə edərkən Maks Okonu əli ilə itələyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*