F-1.az xəbər verir ki, cümə günü Esapekka Lappi Sardiniya adasında baş tutan mövsümün altıncı mərhələsini lider kimi bağlayıb, lakin Sebastyen Ojye Hyundai-nin finlandiyalı sürücüsünə cəmi 0.1 saniyə uduzub. Amma Toyota-nın təcrübəli sürücüsü ilk dopda irəli çıxaraq nahara qədər üstünlüyünü 20 saniyəyə çatdırıb. Bundan sonra Sardiniyanın dördqat qalibinin hər şeyə nəzarət edəcəyi təəssüratı yaranıb, amma…
Gücə yağan yağışdan sonra meşə yollarında yaranan gölməçələr sürücülər üçün əsl maneələrə çevriliblər – hücum zamanı Toyota Yaris-lər xüsusilə dağıdıcı zərbələr alıblar: Takamoto Katsutanın maşını ciddi zədələndiyi üçün yaponiyalı sürücü rallini tərk etmək məcburiyyətində qalıb.
Hələ bu azmış kimi, 13-cü dopda güclü leysan başlayıb və bu, yarışın gedişatını alt-üst edib. Yolda təkəri partlayan Ojye əvəzləmədən sonra nəzarət nöqtəsinə vaxtında çatmaq üçün tələsməli olub. Bu səbəbdən Seb ayaqqabılarına yapışmış palçığı təmizləmədən sükan arxasına keçib. Növbəti döngədə isə onun ayağı əyləc pedalından sürüşüb, bundan sonra fransızın Toyota-sı döngəyə görə bilməyib, təhlükəli döngədə uçurumun üzərində asılıb qalıb. Səkkiz titulun sahibi üçün mərhələ vaxtından əvvəl başa çatıb.
Yağışın başlaması ilə Lappi bir az yavaşlayıb, hətta təkəri də deşildiyi üçün daha çox vaxt itirib. Digər tərəfdən, Hyundai-nin digər sürücüsü Tyerri Növill sürətini artıra bilib və son üç dopdan ikisində qalib gəlib. Nəticədə belçikalı sürücü günü finlandiyalı komanda yoldaşından 36 saniyə öndə başa vurub.
Liderdən az qala iki dəqiqə geri qalan Kalle Rovanpera üçüncü pilləyə yüksəlib və Elfin Evans üç dəfə çox geridə qaldığı üçün indi Toyota-nın əsas ümididir.
M-Sport Ford-dan Ott Tənak da gölməçələrdən birinin qurbanı olduğu üçün yarışda premyer sinifdən bir də Hyundai-nin sürücüsü Dani Sordo qalıb.
Bazar günü Sardiniya Rallisi 4 dopla başa çatacaq…