Ojyedən gənc sürücülərə master-klas

Dünya Ralli Çempionatında (WRC) mövsümün 3-cü yarış həftəsi başa çatıb. Çempionat iştirakçıları Meksika Rallisində tozlu torpaq yollarda bazar günü 4 dopda qalibi müəyyən ediblər.

F-1.az xəbər verir ki, əslində qalib artıq şənbə günündən məlum idi – mövsümdə ikinci startına çıxan Toyota-nın veteranı Sebastyen Ojye çempionatı tərk etsə, hələ də dünyanın ən güclülərindən olduğunu bir daha sübut edib. Bazar günü fransalı 8 qat dünya çempionu sonuncu bonus dopda qalib gəlməklə mərhələdə maksimum xal toplayıb.

Əsas mübarizə Toyota-dan Elfin Evans və Hyundai-dən Tyerri Növill arasında ikincilik uğrunda gedib. Günün ilk dopunda Tyerri qalib gəlib, amma Elfin ona cəmi 0.2 saniyə uduzub. İkinci dopda britaniyalı sürücü qalib gəlib və üstünlüyünü 1.7 saniyə artırıb. Üçüncü dopda yenidən belçikalı sürücü qalib gəlib və bu dəfə Elfini 3.1 saniyə qabaqlayıb.

Son dopda Elfin Tyerri üzərində 2.7 saniyəlik üstünlüklə yollanıb. Amma əvvəlki doplarda britaniyalının Toyota-sında zədələnmiş asılqan öz sözünü deyib – yekunda Hyundai sürücüsü 0.4 saniyə fərqlə ikinciliyi qazanıb.

Sonuncu dünya çempionu Kalle Rovanpera (Toyota) ardıcıl ikinci yarışını podiumsuz başa vurub. İlk 5-liyi Hyundai-dən Dani Sordo tamamlayıb.

Üç yarışdan sonra Ojye çempionata başçılıq edir – veteranın aktivində 56 xal var. Onu 53 xalla Növill və 52 xalla Rovanpera təqib edirlər. İstehsalçıların yarışında Toyota-nın böyük üstünlüyü var.

Növbəti dəfə sürücülər aprelin sonunda Xorvatiyanın asfalt yollarında bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*