Ojye rəqiblərindən uzaqlaşıb

Dünya Ralli Çempionatında (WRC) mövsümün sondan əvvəlki yarışı - Katalunya Qran Prisində şənbə günü arxada qalıb. Sürücülər bu gün 7 dopda mübarizə aparıblar.

F-1.az xəbər verir ki, dünən formalaşmış dördlük bu gün də sıx mübarizə aparıb. Cümə günü liderliyi ələ almış Toyota-dan Sebastyen Ojye komanda yoldaşı Kalle Rovanperadan yavaş-yavaş uzaqlaşmağa başlayıb. Nahardan sonra ehtiyatlı tərpənən yeni dünya çempionu tempini itirib və sonuncu dopda Hyundai komandasından Tyerri Növilli də irəli buraxıb. Hyundai-nin digər sürücüsü Ott Tənak ilk dördlüyü tamamlayıb – estoniyalı sürücü liderə 36 saniyə uduzub.

Daha bir veteran sürücü Hyundai-dən Dani Sordo 5-ci yerdədir. Toyota-nın britaniyalı sürücüsü Elfin Evans 6-cı, Ford-un ən yaxşı nümayəndəsi Kreyq Brin isə 7-cidir.

Ford-un sürücüsü Qus Qrinsmit 11-ci dopda ağır qəza yaşayıb – baryerlərə çırpılan maşın ön təkərini asılqanla birlikdə itirib.

Bazar günü mübarizə 4 dopla başa çatacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*