Ojye İspaniyada liderliyi ələ alıb

Formula1 Amerikaya, MotoGP Malaziyaya yollanıb - ona görə də Avropda sürət həvəskarlarının əsas diqqəti İspaniyaya - Katalunya Rallisinə yönəlib. Dünya Ralli Çempionatının (WRC) 12-ci - sondan əvvəlki mərhələsi Barselona yaxınlığındakı meşənin asfalt yollarında keçirilir. Cümə günü sürücülər 8 dopu arxada qoyublar.

F-1.az xəbər verir ki, doplarda mübarizə Toyota və Hyundai komandalarının sürücüləri arasında gedib, daha doğrusu hər iki komandadan mübarizədə iki sürücü fərqlənib – günün sonunda ilk dördlük 20 saniyəyə yerləşib.

Günün ilk iki dopunda tarixin ən gənc çempionu Kalle Rovanpera birinci olub – Toyota-nın finlandiyalı sürücüsü 3-cü dopda 8 qat dünya çempionu Sebastyan Ojyeyə uduzub. Nahara qədər sonuncu dopda Hyundai komandasından Tyerri Növill fərqlənib və protokollarda liderliyi ələ alıb.

Nahardan sonra eyni dopları geri qayıdan sürücülərin işini yağmağa başlayan yüngül yağış korlayıb. Bəzi sürücülər isə təkərlərin partlaması ilə üzləşiblər. Belə şəraitdə Ojye və Rovanpera hərəyə daha iki dopda qələbə qazanıblar.

Yekunda fransalı əfsanə cümə gününü gənc komanda yoldaşı üzərində 4.8 saniyə üstünlüklə bağlayıb. Növill liderə 12.5 saniyə uduzur, onun komanda yoldaşı Ott Tənak isə daha 7.5 saniyə geridədir.

Şənbə günü mübarizə 7 dopda davam edəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*