O.Tanak: Sürətli yox, dözümlü sürücü qazanacaq

M-Sport komandasının sürücüsü Ott Tanak bildirib ki, Safaridə Ayın üstündə gedirmiş kimi hiss edəcəklər.

F-1.az xatırladır ki, Safari Rallisində şiddətli yağış gözlənilir və buna görəd əksər sürücülər üçün ən çətin rallilərdən biri ola bilər. 19 etaplıq rallidə əksər etaplar keçənilki ilə eyni olsa da, bəzi etaplarda vacib dəyişikliklər var. Bu da o deməkdir ki, sürücülər yaxşı hazırlaşmalı və yeni yol qeydləri hazırlamalıdırlar.

Ott Tanak düşünür ki, Safaridə ən sürəli sürücü yox, ən dözümlü sürücü qalib gələcək: “Ümumilikdə cümə günü etapları çox gözəl keçəcək. Ancaq şənbə günü fəlakət olacaq. Bazar günü isə qarışıqdır. Keçən il çox pis deyildi və pndan əvvəlki il bir az çətin idi. Anca qbu il şənbə günü bəzi yerlərdə ay üstündə sürürmüş kimi hiss edəcəyik. Yollar kələ kötürdür və bəzən tarlalarda sürəndə yolu tapmaq çətin olur.

Bəzi yerlərdə qayalar, daşlar və haradan gəldiyini anlmadığımız şeylər var. Yağış da yağsa, bəzi dərin çökəklərimiz olacaq. Ən sürətli sürücü qalib gəlməyəcək. Ralli bitənə qədər dözən sürücü qalib gələcək. Şənbə günü keçiriləcək etaplara baxanfa ən ağıll sürücünün belə rallini tamamlaması çətin məsələdir. Bəxtə ehtiyacımız var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*