F-1.az xatırladır ki, estoniyalı sürücü M-Sport ilə çıxdığı ilk rallidə 5-ci yeri tutub.
O, ilk etaplarda elektrik problemi yaşayıb. Şənbə günü isə sükan probleminə görə podium uğrunda mübarizədən lap geridə qalıb və bütün gücünü əlavə xal almaq üçün güc etapına saxlayıb və bunun üçün təkər qoruyub.
Tanak bu taktikasının bəhrəsini güc etapında ikinci yeri tutaraq alıb.
Ott Tanak: “Ümumilikdə yaxşı həftəsonu idi. Çox şey öyrəndik və xeyli məsafə qət etdik. Düzdür, təkmilləşməli sahələr var. Daha stabil olub, eyni zaman tempimizi artırmalıyıq. Bunu bacara bilərik.
Güc etabı göstərdi ki, bu maşın rəqabətədavamlıdır. Lakin bu gücü bütün ralliyə yaymalıyıq. Hazırda təkərləri qoruya bilmirik. Çox iş görməliyik. Hazırda çox geridəyik və qarşıda uzun mövsüm var”.