F-1.az xatırladır ki, test məhdudiyyətinə görə bütün komandalar yerli rallilərə qatılmağı seçirlər. Buna görə də M-Sport komandası sürücüləri Tanakı vətəni Estoniyada keçirilən Otepa qış rallisinə göndərib. Əsas məqsəd isə İsveç Rallisinə hazırlıq olub.
Estomiyalı sürücü Ford Puması ilə Otepa Rallisində hegemonluq edərək qalib gəlib.
Ott Tanak: “Ralliyə qatılmalı və bütün etapları bitirməli idim. Çox fərqli hava şəraiti ilə qarşılaşdıq. Çox çətin ralli idi, çünki həftənin əvvəlində qar yox idi və sonra qar başladı. Çox çətin idi, ancaq çətin şəraitdə maşını doğrudan da hiss edirsiniz. Buna görə də ralliyə qatılmaq vacib idi.
İsveçə hazır olmalı idik. Bu son məşq idi. İndi isə ralli vaxtıdır. İsveç həmişə xüsusi ralli olub və bu maşınla yarışacam. Buna görə də qış rallisinə qatılmaq vacib idi”.