O.Tanak: Meksikada hər şey ola bilər

M-Sport komandasının sürücüsü Ott Tanak bildirib ki, Meksika rallisində nə olacağını bilmir.

F-1.az xatırladır ki, estoniyalı sürücü hazırda çempionatda lider olduğu üçün Meksika Rallisində ilk olaraq o yola düşəcək.

Ott Tanak: “Bunu daha əvvəl etmişəm və bilirəm ki, çətin olacaq. Mükəmməl gün keçirsəniz də, axırıncı yerdə ola bilərsiniz. Buna görə də işimiz çətindir. Etaplar çox yavaşdır və sürətlənmə vacibdir. Fiziki cəhətdən hazır olmasanız, öndə olmaq mümkünsüzdür.

Gözləntim nədir bilmirəm, çünki bu maşınla heç vaxt çınqıllı rallidə sürməmişəm. İspaniyada yaxşı test günləri keçirdik və gələcək üçün yaxşı addımlar atdıq. Ancaq rəqiblərimizə nisbətdə harada oldğumuzu bilmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*