F-1.az xatırladır ki, estoniyalı sürücü cümə günü turbo problemi yaşadığı üçün 12 dəqiqə vaxt itirmiş və Meksika Rallisini 9-cu yerdə bitirmişdi. O, güc mərhələsində 4 bonus xalı da əldə etmişdi. Tanak hazırda çempionatın lideri Ojyedən 9 xal geridə qalaraq, 4-cü yerdədir.
Ott Tanak: “Finiş xəttini keçdiyim üçün sevincliyəm. Burada daha yaxşısını edə bilməzdik. Yenə də bir neçə xal qazandığımız üçün sevincliyik, çünki cümə günündən sonra bunu gözləmirdim.
Maşında güc olsa da, ona uyğunlaşa bilmirəm. Amma görək növbəti yarışlarda necə olur. Maşın başqa sürücüdə güclü ola bilər, amma məncə, anormaldır”.