O.Tanak: M-Sport özünü isbatlamaq istəyir

M-Sport komandasının sürücüsü Ott Tanak bildirib ki, növbəti mövsüm çümpionluq uğrunda mübarizə aparmaq üçün potensialları olacaq.

F-1.az xatırladır ki, estoniyalı sürücü Hyundai-dan M-Sporta keçib. Lakin M-Sport-un Hyundai və Toyota kimi resursları yoxdur.

Ott Tanak: “Çempionluq uğrunda mübarizə aparmaq üçün potensialımız var. Buna əminəm. Komandanın yaxşı bazası var və Ford-dan güclü dəstək alırlar. Yəni birlikdə işləsək və əzmli olsaq, hər şeyi reallaşdıra bilərik.

Bütün komandalar işləri qaydasına qoysa, daha tez inkişaf edirlər. Ümid edirəm ki, bacararıq. İnkişada məhdudiyyət yoxdur. M-Sport da idmanda özünü isbatlamaq istəyir. Buna görə maraqlı bir dövr başlayır. İşimiz asan olmayacaq və iki komandaya qarşı mübarizə aparmalısınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*