O.Tanak: Çox şeyi nəzərdən keçirməliyik

M-Sport komandasının sürücüsü Ott Tanak bildirib ki, problemlərə görə Xorvatiyada Evansı qabaqlaya bilməyib.

F-1.az xatırladır ki, estoniyalı sürücü 19.1 saniyəlik 12.5 saniyəyə qədər endirsə də, problemlər onun yaxasını buraxmayıb. Ott əvvəlcə əl əyləcində problem yaşayıb və buna görə də bazar gününə Evansdan 25.4 saniyə geridə başlayıb.

Ott Tanak: “Əslində fərqli problemlər çoxdu, amma dəqiq olaraq nə olduğunu demək çətindir. Əvvəlcə ilişmə muftasında problem oldu. Böyük ehtimalla əl əyləci ilə bağlı hidrovlik problemimiz var idi, amma etapda bunlar mane törətmədi. Şassidə də problem var idi. Çox şeyi nəzərdən kreçirməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*