O.Tanak çempionluğa inanır

M-Sport komandasının sürücüsü Ott Tanak 2023-cü ildə çempionluğa inanır.

F-1.az xatırladır ki, estoniyalı sürücü 2022-ci ilin sonunda Hyundai-dan ayrılaraq, köhnə komandası M-Sport-a qayıdıb.

Ott Tanak: “Hazırda idmanda məğlub edilməli iki ad var: Toyota və Kalle Rovanpera. Bunu ancaq M-Sport-da etmək olar. Komanda bu hədəfə çatmaq üçün çox işləyir və bir şansım olacaq.

Buna bitməmiş iş deyə bilmərəm, çünki onsuz da çempion olmuşam. Yəni ki, missiyam tamamlanıb. Yenidən çempion olmaq üçün hər şeyimiz var. Çempion olmaq həmişə çətindir və heç vaxt asanlşaşmayacaq. Bunun üçün ən yaxşıdan belə yaxşı performans göstərməlisiniz. Hədəfə çatmaq çətin olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*