O.Solberq WRC2-də yarışacaq

Hyundai komandasının sabiq sürücüsü Oliver Solberq gələn mövsüm Skoda ilə WRC2-də çıxış edəcək.

F-1.az bildirir ki, isveçli sürücü eyni zamanda M-Sport ilə danışıqlar aparırdı. Lakin Oliver WRC2-dən Skoda Fabia RS Rally2-ni test edərkən görüntülənmişdi.

Solberq görüntülərdən sonra gələcəklə bağlı planlarını qətiliklə dilə gətirib və bildirib ki, 2023-cü ildən Toksport-da yarışacaq. İsveçli pilot Skoda Fabia-nın sükanı arxasına keçəcək və onun sponsoru Monster Energy olacaq.

Oliver Solberq: “Gələn mövsüm üçün həyəcanlıyam. Toksport-la işləmək əladır. WRC2-də mübarizənin çətin olduğunu hamı bilir və orada mübarizə aparmaq gözəl olacaq.

Yeni Fabia RS Rally2 barədə çox adam danışır. Bu həftənin əvvəlində onu Fransada test etmişdim və çox təsirləndim. Tezliklə özümü rahat hiss etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*