F-1.az xatırladır ki, 20 yaşlı sürücü 2019-cu ildə Williams komandasından Racing Point komandasına keçəcək və Esteban Okonu əvəz edəcək. Bu keçiddə komandanın sahibi atası Lourensin də payı var.
Ancaq Safnauer gənc sürücünün ünvanına təriflər yağdırıb: “Ləns boliddə vaxt keçirməkdən həzz aldı. Biz də ondan təsirləndik. Simulyatorda çıxış edəndə də ondan təsirlənmişdik. Tez öyrəşdi və Okonla eyni tempdə gedirdi. Lənsin yaxşı potensialı var. Onunla işləyərək bəzi şeyləri öyrətməliyik. Bunlar arasında təkərin necə qızdırılması, necə qorunması kimi şeylər var. Sıralanma turunda daha güclü çıxış etməsi üçün kömək edəcəyik. Ancaq istedadlıdır və startlarda yaxşı performans göstərir. Onunla işləmək üçün səbirsizlənirik”.