F-1.az xatırladır ki, fransızlar həftənin dördüncü günü 2023-cü il bolidi A523-ü təqdim ediblər. Komandanın yeni mövsümdəki hədəfi dördüncülüyü qorumaq və ilk üçlüyə mümkün qədər yaxınlaşmaqdır.
Otmar Safnauer: “Bu il təkmilləşməliyik və üçlüyə yaxınlaşmalıyıq. Bunun üçün də rəqiblərdən daha yaxşı inkişaf etməliyik. Bunu etmək asan olmasa da, seçdiyimiz hədəf budur.
Bolidin keyfiyyəti artıq daha yüksəkdir. Üç əsas hədəfimiz var. Birincisi etibarsızlıq probleminihəll etməli, ikincisi bolidi yüngülləşdirməli, çünki keçən il maşın çox ağıır idi. Üçüncü isə aerodinamik cəhətdən daha çox yenilik gətirib təkmilləşməliyik. Məncə, üçünü də etmişik”.