F-1.az xatırladır ki, Braziliyada sprint yarışında Alonso və Okon təmas yaşamış və nəticədə yarışa 6 və 7-ci yerlərdə başlasalar da, finişə 16 və 18-ci yerdə çatmışdılar. Lakin bazar günün keçirilən əsas yarışda iki sürücü də yaxşı çıxış edib və yekunda komandalarına 14 xal qazandırıblar.
Otmar Safnauer: “Bazar günü şənbə gününə nisbətən daha yaxşı vəziyyətdə idik. İndi hamı yenidən gülür. Bu hekayə komandanın qaydlarına məhəl qoymayanlara dərs olmalıdır. Sürücülər də komandanın bir hissəsidir. Bazar günü çoxlu qazandıq və hamı xoşbəxt idi. Niyə sprint yarışında eynisini etmədilər? Yarışdan əvvəl brifinqə mənim yerimə Loren Rossi qatıldı və sürücülərə dedi ki, o maşını düzəltmək üçün bazada 1000 adam işləyir. Buna görə də yarışda komanda oyunçuları kimi davranmalıdırlar.
Onların vəzifəsi finişə çatmaq və xal qazanmaqdır. Loren onlara dedi ki, Formula1 sürücüsü olmaq ayrıcalıqdır. Çünki bazada işləyib belə səhv etəsydilər, intizamsızlığa görə cəza alardılar. Komanda üçün yaxşı nəticə istəyiriksə, sürücülər ancaq özlərini düşünməməlidir. Düşünün ki, əsas yarışda təmas edərdilər və 14 xal itirərdik”.