O.Safnauer: “Qaydalarda liderlə bir dövrəyə qayıtmağa icazə var”

Racing Point komandasının rəhbəri Otmar Safnauer sürücüsü Okonu sərt tənqid edən Helmut Markoya cavab verib.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü Braziliya yarışında lider gedərkən Okon onunla bir dövrəyə qayıtmaq istəmiş və nəticədə iki sürücü təmas yaşamışdı. Bu təmasdan sonra liderliyini itirən Ferstappen yarışı ikinci yerdə bitirmişdi.

Yarışdan sonra Marko fransalı sürücü üçün “gələcəyin Mercedes pilotu” – deyərək od üstünə benzin tökmüşdü.

Otmar Safnauer: “Bu böhtandır. Heç bir sürücü 2020-ci ili düşünərək belə hərəkət etməz. Esteban radioda sürətli olduğunu və ötmə etmək istədiyini dedi, biz də onunla razılaşdıq. Orada təkərləri daha yaxşı idi. Maks isə təkərlərini qoruyurdu. Bizim elə etməyimizə ehtiyac yox idi. Qaydalarda liderlə bir dövrəyə qayıtmağa icazə var. Esteban Maksdan sürətli idi. Heyif ki, Okona yer vermədi və ikisinin də yarışı məhv oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*