F-1.az xatırladır ki, Qasli Avstraliya yarışında 5-ci yerdə gedirdi, lakin restartda komanda yoldaşı Okonla insident yaşayaraq mübarizəni dayandırmalı olmuşdu.
Otmar Safnauer: “Yarışdan sonra Qasli yanıma gələrək dedi ki, kaş trayektoriyadan çıxmazdım. Buna görə də trasa qayıdanda sürətlənə bilmədim.
Beşinci yeri son anda qaçırdığı üçün məyus idi. Ancaq bu səviyyədə yarışdığı üçün sevinclidir. Artıq yaşananları geridə qoyub. Yarış tempimiz çox yaxşı idi.
Pyer əsəbi deyildi. Əksinə tempi yaxşı olduğu üçün hadisələrə müsbət yanaşırdı. Sadəcə onun layiq olduğu beşinciliyi qazanmasını istəyirdik.
Ona var qüvvənlə sür deyəndə Saynsla mübarizə apara bildi. Sayns qədər sürətli olmasa da, ondan uzaq deyildi. Sonlarda Lənsin önündə qalması üçün var qüvvənlə sür dedik və bunu bacardı. Tempi yaxşı idi”.